Qırğızıstan parlamentinin sədri Azərbaycana səfərə gəlib

17 Dekabr 2019 15:23 (UTC+04:00)

Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 17-də Azərbaycana səfərə gəlib.

SİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Dastanbek Jumabekovi Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.