Türkiyədə silahlı şəxs bank işçilərini girov götürdü

17 Dekabr 2019 15:25 (UTC+04:00)

Türkiyənin Antalya vilayətində silahlı şəxs bank işçilərini girov götürüb. SİA-nın verdiyi məlumata görə, 10 nəfər girov saxlanılır. Onların arasında müştərilərin də olduğu deyilir. Polis girovların azad edilməsi üçün əməliyyata başlayıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.