““Milli Şura”nın sadəcə olaraq quruca adı var” RƏY-ÖZƏL

17 Dekabr 2019 15:20 (UTC+04:00)

"“Milli Şura”nın yarandığı gündən fəaliyyəti fəsadlarla dolu olub". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, demək olar ki, “Milli Şura” deyilən qurumda AXCP-dən başqa bir təşkilat təmsil olunmur: "“Milli Şura”nın sadəcə olaraq quruca adı var. Yəni “Milli Şura” AXCP deməkdir. Onlar xaricidə olan havadarlarına “bizdə varıq” demək üçün adlarını qoyublar “Milli Şura”. Əslində isə son 20 il ərazində bir necə yerə paralanmış, param-parça olmuş əvvəlki qurucularını tərk edildiyi bir AXCP-dir. Bu şəxslər bu günə qədər normal bir fəaliyyət sərgiləməyiblər, onların işi ancaq, ağa qara demək və uğurlarımıza kölgə salmaqdan ibarət olub. Son vaxtlara qədər “Milli Şura”nın özü tələb edirdi ki, yeni parlament seçkiləri keçirilsin, amma parlament seçkiləri təyin ediləndən sonra, bunlar tamamilə başqa mövqe tuturlar. Yəni özləri-özlərinin dedikləri bəyanatlarına zidd gedirlər. Nə baş verdi, nəyə görə bunlar yeni parlament seçkilərinə qatılmaqdan imtina edirlər? Onlara sual vermək lazımdır ki, istəyiniz yeni parlament seçkilərinin keçirilməsi idi və bu da yeni parlament seçkiləri. Sizdə gedərdiniz seçkilərə və qeydiyyatdan keçərdiniz, əgər sizin namizədlər qeydiyyata alınacaqdırsa gedib qanunun və seçki məcəlləsinin yol verdiyi qaydalara əsasən seçicilərlə görüşərdiniz, onlarla təmasda olardınız. Amma bunlar seçkilərə getmirlər, amma icazəsiz mitinqlərə gedirlər. Deməli burda başqa məsələlər üzə çıxır, yəni adları çəkilən bu qüvvələr çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur və bu seçkilərə qatılsalar belə yenə də uğursuzluğa düçar olacaqlar. Yəni əvvəlki seçkilər də olduğu kimi bu seçkilərə gedib üzü qara çıxacaqlar. Çünki xalq bunların kim olduğunu, necə biri olduğunu xalqımız çox gözəl bilir. Bu baxımdan onlar mitinq keçirsələr belə yenə də onların istəkləri baş tutmayacaqdır".