Türkiyədə daha 171 FETÖ-çu saxlanılıb

17 Dekabr 2019 14:29 (UTC+04:00)

Türkiyədə dövlət və özəl sektorlarda çalışan və FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etməkdə şübhəli bilinən 260 nəfərin saxlanılması ilə bağlı əməliyyat keçirilib. SİA xəbər verir ki, əməliyyat nəticəsində şübhəli bilinən şəxslərdən 171-i saxlanılıb. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.