Və ya Arif Hacılının və Müsavat AKM-in “kitabı” birdəfəlik bağlanır
Müsavat partiyasının başqanı Arif Hacılının və yaxın ətrafının saxta sənəd və miqrant biznesi faktı barədə demək olar ki, gündə yeni materiallar üzə çıxır. Bu fakt ətrafında ən çox paylaşımlar edən isə, nə qədər maraqlı görünsə də, Avropada yaşayan hurnalist Yafəz Əkrəmoğludur. Daha dəqiq desək, bu dəfəki məlumatda Müsavatın Avropadakı qolu kimi adlandırılan Müsavat AKM-in arayış satan şəxslərinin artıq istintaqlarının başlanılmasıdır. Belə ki, Almaniyanın miqrasiya idarәlәri vә mәhkәmәdә olan Müsavat vә Müsavat AKM üzvlәrinin işlәrinә baxışın sürətləndirildiyini deyən Əkrəmoğlu həmçinin qeyd edib kii, bu proses ona görə sürətli hala keçib ki, ittiham olunan şəxslərin ölkədən deportasiyası prosesinə başlanılsın. Çünki həmin məsələ gecikərsə, saxta sənəd alveri və miqrant biznesi Avropanın başqa ölkələrinə də yayıla bilər.
“Üzlәrinә deyilmәsә dә bütün idarәlәrdә onlarla buna görә davranacaqlar”
Onun sözlərinə görə, Müsavat AKM Almaniyada ciddi nəzarətə götürülüb və tәhlükәli cinayәtlәrin, eləcə də cinayәtkarların yuvası hesab olunur, buna görә dә bütün üzvlәri bu işlәrdә şübhәli sayılır: "Müsavat vә AKM üzvlәrinin qara siyahısı tәrtib olunur, aidiyyatı olan bütün idarәlәrә göndәrilir. Üzlәrinә deyilmәsә dә bütün idarәlәrdә onlarla buna görә davranacaqlar”.
Lakin müsavatçı jurnalist bəzilərinin çıxış yollarının olduğunu da istisna etməyib. Misal üçün deyib ki, əgәr kimsә aldadıldığını, insan alveri qurbanı olduğunu istintaqa etiraf edәrsә, avtomatik cinyәt işindә zәrәrçәkәn kimi qeydә alınacaq. Cinayәt işi başa çatana kimi (bu әn az 2-3 il sürәcәk) bu adamı deport etmәyәcәklәr. Çünki, mәhkәmәdә zәrәrçәkәn kimi ifadә vermәlidi. İş bitdikdәn sonra isә hәmin şәxsin humanitar oturum alması şansı yüksәlir: “Zәrәrçәkәn kimdi?: İnsan averi qurbanları. Pul qarşılığında aldadılaraq Avropaya gәtirilәn, viza, arayış vә başqa sәnәdlәrlә tәmin olunan şәxslәr. Nә etmәk lazımdı? Sizi çağırmadan özünüz polisә müraciәt edin. Avropada yaxşı hәyat vәd edәrәk, sizi aldadaraq ev-eşiyinizi satdırıb, yaxud әlinizdәki bütün pulları mәnimsәyib bura gәtirәn şәxslәrin adını deyin. AKM, Müsavat arayışların kimdәn, neçәyә aldığınızı etiraf edin. Bunları etsәz, avtomatik zәrәrçәkәn kimi qeydә alınacaqsız. Ola bilәr ki, Avropaya özünüz gәlmisiz vә burada AKM-dәn olan, yaxud başqa insan alverçilәrinin toruna düşmüsüz. Heç fәrq etmir. Zәrәrçәkәnsiz yenә dә. Qorxmayın!”
Etiraf etməsələr, onları da Müsavat AKM-in rəhbərliyi kimi qısa zamanda deportasiya məsələsi gözləyərək
“Unutmayın ki, aldadılaraq insan alverçilәrinin qurbanı olduğunuza görә heç bir mәsuliyyәt daşımırsız. Arayış vә sәnәdlәri bilәrәkdәn rüşvәt verib alsanız belә. Çünki, siz aldadılaraq buna mәcbur edilmisiz", deyə bütün ittihamları Müsavat rəhbərliyinin üzərinə yönəldən Yafəz Əkrəmoğlu sonda xatırladıb ki, əgər saxta yollarla sənəd alan şəxslər bunu etiraf etməsələr, onları da Müsavat AKM-in rəhbərliyi kimi qısa zamanda deportasiya məsələsi gözləyərək.
Beləliklə, bu reallıq həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, həmin minvalla Müsavatın başqanı Arif Hacılının və yaxın ətrafının, yəni qruplaşmasının da “kitabı” bağlanır və bu məsələ çox yəqin ki, yaxın vaxtlarda AXCP sədri Əli Kərimlinin də üzərinə doğru yönələcək. Çünki yalnız Müsavat rəhbərliyi deyil, eləcə də AXCP-nin əyri adamlarının çxsaylı şəxslərə saxta sənəd verib, onları böyük pullar müqabilində Avropaya göndəriblər. İndi isə, cavab verməyin vaxtıdır…
Rövşən RƏSULOV