Azərbaycanın Baş Naziri və Ukrayna Prezidenti birgə işçi nahar ediblər

17 Dekabr 2019 14:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də birgə işçi nahar ediblər.

SİA xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.