Aytən ilk dəfə qardaşından danışdı VİDEO

17 Dekabr 2019 13:48 (UTC+04:00)

Aparıcı Aytən Səfərova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramda tamaşaçıların suallarını cavablandırıb.

Aytən ona ünvanlanan "Neçə kiloqramsınız" sualına əsəbiləşərək belə cavab verib: "Yoldaşımın qaldıracağı kilodayam: həm fiziki, həm mənəvi. Narahat olmayın. Hər qadın çəkisindən asılı olmayaraq, hər kişinin gücünə görə deyil".

Səfərova daha sonra dünyasını dəyişmiş qardaşı haqda verilən suala göz yaşları içində cavab verib: "Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları Rusiyaya işləməyə aparırdı. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi.

O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım".