"Şabaş" bu dəfə əlillər üçün nümayiş olundu FOTOLAR

17 Dekabr 2019 15:06 (UTC+04:00)

"Bu şəhərdə" komandası və "Bakı Media Mərkəzi" "Şabaş" filminin premyerasını bu dəfə Qarabağ əlilləri üçün keçirib. SİA-nın məlumatına görə, 250 Qarabağ müharibəsi veteranı kinonun təqdimat mərasiminə dəvət olunub.

Tədbir Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiə nazirliyi, Diasporla iş üzrə dövlət komitəsi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin dəstəyi ilə reallaşıb.

Gecədə "Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasov, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov iştirak edib.

Qeyd edək ki, ekran işində Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov rol alıblar.