Qusarda ər-arvad dəm qazından zəhərləndi

16 Dekabr 2019 16:15 (UTC+04:00)

Qusar rayonunda bir ailə dəm qazından zəhərlənib. SİA-nın verdiyi məlumata görə, hadisə rayonun Qalacıq kəndində baş verib.

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Şıxrəhimov Vaqif İslaməddin oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şıxrəhimova Ceyran Murad qızı dəm qazından zəhərlənib. Hər iki şəxs gecə saatlarında yaxınlarının köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.