Gürcüstan səfirinin maşınını ermənilər qarət ediblər

16 Dekabr 2019 12:04 (UTC+04:00)

İrəvanda Gürcüstan səfirinin maşını ermənilər tərəfindən qarət olunub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə SHAMSHYAN.com məlumat yayıb.

Məlumata görə, naməlum şəxs və ya şəxslər dekabrın 13-ü saat 23: 30-dan 23: 30-dək İrəvanın mərkəzindəki Tumanyan küçəsində "Mercedes 14D 001" avtomobilini qarət ediblər.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, istintaq şöbəsinin müstəntiqi rəhbərlik etdiyi mərkəzi polis bölməsinin işçi qrupu hadisə yerinə gələrək bu faktla bağlı materiallar hazırlayıb. Onun sözlərinə görə, avtomobil Gürcüstanın Ermənistandakı səfirliyinin balansında qeydiyyata alınıb və səfirə xidmət edir.