Sabirabadda 2 otaqlı ev yanıb

16 Dekabr 2019 11:00 (UTC+04:00)

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.