Damladan yeni klip VİDEO

16 Dekabr 2019 11:20 (UTC+04:00)

Müğənni Damla yeni klipini təqdim edib. SİA-nın məlumatına görə, o, "Yara" adlı mahnısını ekranlaşdırıb. Sujet xətti olan klipdə sevgidən və ailə münaqişəsindən bəhs edir.

Ekran işini Derya Çapacı lentə alıb.

Qeyd edək ki, mahnının sözləri Mürsəl Səfərovun, musiqisi Əmir Heydərindir.