Zəlzələdən 37 nəfər ziyan çəkib

16 Dekabr 2019 09:45 (UTC+04:00)

Filippində 6.8 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 37 nəfər zərər çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl zəlzələ nəticəsində 6 yaşlı qız uşağının öldüyü bildirilirdi.

Polisin məlumatına görə, zəlzələ qurbanların hamısı Davao Del Sur əyalətində olub. Hadisə nəticəsində vilayətdə elektrik enerjisi kəsilib. Təbii fəlakət bir neçə yaşayış binasına da ziyan vurub.

Qeyd edək ki, Filippində zəlzələ bazar günü baş verib. Zəlzələnin episentri Maqsaysay kəndindən 5 kilometr cənub-şərqdə yerləşib. Ocaq 28,2 kilometr dərinlikdə qeydə alınıb.