Goranboyda bir neçə gün bundan əvvəl avtomobillə vurulan məktəbli xəstəxanada dünyasını dəyişib

16 Dekabr 2019 01:42 (UTC+04:00)

Goranboyda bir neçə gün bundan əvvəl avtomobillə vurulan piyada, 2004-cü il təvəllüdlü Gülzarə Əhmədova Afiq qızı həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

SİA xəbər verir ki, hadisə dekabrın 12-də axşam saatlarında Bakı-Qazax magistralının rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edək ki, 15 yaşlı G.Əhmədova Tovuz rayon sakininin idarə etdiyi “Daewoo" markalı minik avtomobili tərəfindən vurulmuşdu.