Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub - 3 ölü, 22 yaralı

16 Dekabr 2019 01:18 (UTC+04:00)

Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub.

SİA xəbər verir ki, toqquşma zamanı 3 nəfər həlak olub, 22-si ağır yaralanıb.

Yerli polisin məlumatına əsasən, hadisə səhər saat 06:30-da Niş şəhəri yaxınlığında baş verib. Qatar məktəb avtobusuna dəyərək onu iki yerə parçalayıb. Xəstəxanaya yerləşdirilən 22 yaralının 21-i uşaqdır. Həkimlərin qənaətinə görə, yaralılardan 6-sının vəziyyəti ağırdır.