64 yaşlı Daşkəsən sakini ehtiyatsızlıqdan üzündən ciddi xəsarət alıb

15 Dekabr 2019 23:39 (UTC+04:00)

Daşkəsən sakini ehtiyatsızlıq üzündən xəsarət alıb.

SİA xəbər verir ki, hadisə rayonun İsmət Qayıbov küçəsində qeydə alınıb.

Rayon sakini, 1955-ci il təvəllüdlü Cəfərova Rəfiqə Haqverdi qızı yaşadığı evdə yıxılıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. 64 yaşlı qadına boyunun qırığı diaqnozu qoyulub.

R.Cəfərovaya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.