Azərbaycan qılıncoynadanları dünya kuboku turnirində iştirak edirlər

15 Dekabr 2019 17:17 (UTC+04:00)
Azərbaycanın qadın qılıncoynadanları ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən dünya kuboku turnirində iştirak edirlər. SİA-nın məlumatına görə, yarışa ölkəmizdən milli komandanın üzvləri Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qatılıblar. Sablyaçılarımız turnirdə baş məşqçi Çingiz Mustafayev və məşqçi Vadim Şturbabinin rəhbərliyi ilə yarışırlar. Qeyd edək ki, dünya kuboku turnirində 25 ölkədən 186 qılıncoynadan mübarizə aparır.