Bakıda kafedə yanğın baş verib

15 Dekabr 2019 09:18 (UTC+04:00)
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.