Emil Balayevin çıxış etdiyi "Tobol"un yeni baş məşqçisi ermənidir

15 Dekabr 2019 00:32 (UTC+04:00)

Millimizin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstan Premyer Liqası təmsilçisi "Tobol"un yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun saytına istinadən yaydığı xəbərə görə, Kostanay təmsilçisini erməni Qriqori Babayan çalışdıracaq.Onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl "Astana"da "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.