Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2019-cu il.