Avstriya Azərbaycanlıları Cəmiyyəti ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar növbəti humanitar aksiya keçirib

14 Dekabr 2019 15:01 (UTC+04:00)

Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar növbəti humanitar aksiya keçirib. Aksiya Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutub.

SİA xəbər verir ki, cəmiyyətin bir qrup fəalı Ulu Öndərin anım günü ilə əlaqədar aztəminatlı ailələrə yardım edib. Avstriyanın Zalsburq şəhərində məskunlaşan imkansız ailələrə baş çəkən Cəmiyyətin üzvləri görüşlərdə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer, onun həyatı və siyasi fəaliyyəti barədə danışıblar.

Fərid Əzizov bildirib ki, təşkilat növbəti ildə həm Azərbaycan icması üçün, həm də fəaliyyət göstərdiyi ərazidə yaşayan müxtəlif xalqların nümayəndələri, eləcə də Avstriya ictimaiyyəti üçün müxtəlif tədbirlər keçirəcək.