Yuxusuzluq riskini artıran QİDALAR

14 Dekabr 2019 13:35 (UTC+04:00)

Amerika tədqiqatçılarının qənaətinə görə, yuxusuzluq yatmazdan öncə qəbul olunan qidalarla bağlıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yatmazdan əvvəl karbohidratlarla zəngin qidalar qəbul etmək yuxusuzluq riskini artırır. Belə ki, belə qidalar insanda insulinin səviyyəsinin əvvəlcə yüksəlməsinə, daha sonra isə düşməsinə səbəb olur. Bu da nəticə etibarı ilə beynin metobolik fəaliyyətinə təsir edir. Bu baxımdan tədqiqatçılar yatmazdan öncə dənli bitkilər, meyvə və südlü sıyıq yeməyi məsləhət görürlər. Bununla yanaşı yatmazdan öncə ballı süd içməyin yuxuya müsbət təsir etdiyi bildirilir. Çünki süd daha çox mədəddə qalır və bağırsağa karbohidrat axını daha gec baş verir.

Qeyd edək ki, bundan əvvəl Kolumbiya Universitetinin həkim və cərrahları da yatmazdan əvvəl düyü, şəkər, ağ çörək qəbulunun yuxusuzluğa yol açdığını açıqlamışdılar.