Almaniyadakı partlayışın səbəbi məlum oldu

14 Dekabr 2019 12:00 (UTC+04:00)

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Blankenburg şəhərində baş verən partlayışın səbəbləri bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayışa səbəb 78 yaşlı təqaüdçünün qazdan ehtiyatsızlıqla istifadə etməsi olub.
Qeyd edək ki, baş verən partlayış nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb və binaya ciddi ziyan dəyib. Ətrafda olan bağçalar və təhsil müəssisələri polislər tərəfindən təxliyə edilib