Damla: "Ruhu sönən, ümidi itən hər kəs yaşlıdır" FOTO

14 Dekabr 2019 14:30 (UTC+04:00)

Müğənni Damla babası ilə fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı 83 yaşlı babası ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb və bu sözləri yazıb: "Yaşlılıq nə saçın ağarması, nə də belin bükülməsidir. Ruhu sönən, ümidi itən hər kəs yaşlıdır. İnsan 83 yaşında ruhunu itirməyib, ümidlərini yaşadırsa demək ki, 18 yaşındadır. Mənim babam da ruhlu və ümidli insanlar cərgəsindədir".

Həmin fotonu təqdim edirik: