"Facebook" əməkdaşının məlumatları oğurlanıb

14 Dekabr 2019 09:45 (UTC+04:00)

2018-ci ildə "Facebook" şirkətində işləyən 29 min şəxsin bank və digər şəxsi məlumatlarının olduğu sərt disklər sosial şəbəkənin əməkdaşının avtomobilindən oğurlanıb. SİA-nın"Bloomberg"ə istinadən məlumatına görə, şifrlənməmiş sərt disklərdə işçilərin adları, bank hesablarının nömrələri, sosial təminat nömrələrinin son dörd rəqəmləri, maaş və bonuslar haqqında məlumatlar olub. Bildirilir ki, oğurlanan sərt disklərdə istifadəçilər haqqında məlumatlar olmayıb. Qeyd edilir ki, qarət edilən "Facebook" əməkdaşı sərt diskləri ofisdən kənara götürə bilməzdi və bu səbəbdən ona qarşı intizam tədbirləri görülüb.