Narkoloji dispanserdə yanğın Ölən var

14 Dekabr 2019 09:35 (UTC+04:00)

Rusiyada narkoloji dispanserdə yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Tümen şəhərində baş verib. Nəticədə 1 nəfərin həlak olduğu, 7 nəfərin isə xəsarət aldığı bildirilir. Bununla yanaşı, yanğın zamanı 13 nəfər xilas edilib, 116 nəfər isə təxliyə edilib. Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.