"Qalatasaray" fransız futbolçunu heyətdən kənarlaşdırıb

13 Dekabr 2019 23:00 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubu əsas komandanın futbolçusu Stiven Nzonzini heyətdən kənarlaşdırıb. İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsində yer alan məlumatda deyilir ki, buna 30 yaşlı fransalı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi səbəb olub.

Qeyd edək ki, Stiven Nzonzi müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsusdur. O, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.