Fransada qasırğa 170 mindən çox evi işıqsız qoydu

13 Dekabr 2019 22:03 (UTC+04:00)

Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb. Trend-in məlumatına görə, ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib. Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub. Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.