Maurisio Sarri: "Bu komanda məni heyran edir"

13 Dekabr 2019 23:33 (UTC+04:00)

"Yuventus"un baş məşqçisi Maurisio Sarri UEFA Çempionlar Liqasında mübarizə aparan komandalar haqqında danışıb. İtaliya mətbuatının yazdığına görə, 60 yaşlı mütəxəssis turnirdə "şəhərlilər"ə azarkeşlik etdiyini deyib: "Çempionlar Liqasının bu mövsümündə ən sevimli komandanı soruşanda dərhal "Mançester Siti"nin adını çəkdim. Bu komanda mən heyran edir. Çox güman ki, bu mövsüm Premyer Liqadan daha çox Avrokuboka diqqət ayırırlar".