ABŞ yeni ballistik raket sınaqdan keçirib

13 Dekabr 2019 17:05 (UTC+04:00)

Bu ilin 2 avqustunda yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxan ABŞ, yeni bir ballistik raketi sınaqdan keçirdiklərini elan ediblər. SİA bunu xarici kivlərə istinadən xəbər verir.

Verilən məlumata görə, keçirilən sınağa Rusiya və Çindən sərt reaksiya gəlib. Çin Amerikanı yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilədən ayrılmadan əvvəl bu layihəyə start verməkdə günahlandırıb.