İrəvan metrosunda utancverici faktlar

13 Dekabr 2019 14:27 (UTC+04:00)

İrəvan metrosunda utancverici faktlar açıqlanıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Respublikası Dövlət Nəzarət Xidməti QSC İrəvan metrosunda aparılan araşdırmanın nəticələrini açıqlayıb.

Maliyyə-təsərrüfat fəaliyyətinin qanuniliyi və səmərəliliyinin monitorinqi satınalma prosesində sistematik pozuntuları aşkar edib. İstismarın ümumi miqdarı 1,2 milyard dram təşkil edib. Tədqiqatlar təsdiq edir ki, vaxtı keçmiş vaqonların təmir xərclərinin miqdarı ilə yeni, müasir vaqonlar da almaq, əldə etmək mümkündür. Xüsusilə, qeyd olunur ki, 2011-2018 illəri arasında 1980-ci illərdə istehsal edilmiş köhnəlmiş vaqonlar üçün təmir və ehtiyat hissələrə təxminən 8.5 milyard dollar xərclənib ki, bunun əvəzinə yeni vaqonları almaq, xəttə buraxmaq olardı.

Bundan əlavə İrəvan metrosu ilə bağlı daha bir neçə faktlar da aşkara çıxıb. Beləki, dəfələrlə vaqonların təmir edilməsi üçün əldə olunan vəsaitlər əslində heç təmir üçün də xərclənməyib və mənimsənilib. Həmçinin vaqonlarda quraşdırılan avadanlıqların, məsələn kondisionerlərin yeniləri ilə əvəz edilməsi, təmiri üçün ayrılan vəsaitlər də təyinatı üzrə xərclənməyib. Eyni zamanda vaqonların işıqlandırılması üçün nəzərdə tutulan lampalar üçün də sərf olunması nəzərdə tutulan vəsaitlər mənimsənilib. Beləki, vaqonların işıqlandırma sistemlərinin lampaları ya, ümumiyyətlə dəyişdirilməyib, ya da daha keyfiyyətsiz lampalar quraşdırılıb. Nəticədə vəsaitlər təyinatı üzrə xərclənməyərək israf edilib ki, bu da artıq mənimsənilmə faktı kimi qeydə alınıb.
Tədqiqat nəticəsində ortaya çıxan cinayət xüsusiyyətləri olan məlumatlar və nəticələr Ermənistan Respublikası prokurorluğuna göndərilib.