Türkiyə XİN açıqlama yayıb

13 Dekabr 2019 13:22 (UTC+04:00)

"Sülh Çeşməsi" əməliyyatı bölgəsində olan nəzarət-buraxılış məntəqələrində minalanmış nəqliyyat vasitələrinin keçməsinin qarşısını almaq üçün geniş əməliyyat-axtarış tədbirləri həyata keçirilir. SİA-nın verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin `twitter` səhifəsində yayılan açıqlamada, "Qəhrəman əsgərlərimiz Suriyalı qardaşlarımızın əmin-amanlığını, təhlükəsizliyini təmin etmək və PKK/YPG və DEAŞ terrorçularına məxsus minalanmış nəqliyyat vasitələrinin girişinə mane olmaq üçün üçün 41 nəzarət buraxılış məntəqəsində 24 saat əməliyyat-axtarış tədbirləri həyata keçirirlər", - deyə bildirilib.

Açıqlamada belə qeyd edilib: ""Sülh Çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə qurulan 41 nəzarət-buraxılış məntəqəsində bütün avtomobillərin şassi ve motor nömrələri qeydə alınaraq hər bir nəqliyyat vasitəsinin rahat bir şəkildə tanınması təmin edilir. Bundan əlavə nəzarət buraxılış məntəqələrindən keçən şəxslərin də məlumatları yoxlanılaraq bütün fəaliyyətlər kamera nəzarət vasitələri ilə qeydə alınır. Nəqliyyat vasitələrinin yoxlanması zamanı qabaqcıl elektron cihazların istifadəsi ilə yanaşı bomba və narkotik axtaran itlərin xidmətlərindən də səmərəli şəkildə istifadə edilir. Yerli xalqın dilini bilən əsgərlərimiz, xalqın gündəlik həyatına təsir etmədən Suriyalı qardaşlarımızın da dəstəyini alaraq nəzarət-buraxılış məntəqələrində fəaliyyətlərini davam etdirir".