“Mən Xoşqədəm xanıma heç vaxt o sözü deməmişəm” TƏKZİB

13 Dekabr 2019 13:17 (UTC+04:00)

“Nazilə Səfərlinin oğlu gəldi və dedi ki, Zeynal müəllim biz nə sizin adınızdan, nə də fakültə adından heç nə danışa bilmərik və ümumiyyətlə, belə bir şey olmayıb”. Bu fikirləri SİA-ya Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zaynal Həsənalıyev şairə-qiraətçi Nazilə Səfərlinin guya Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram”ın aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının BDU-da təhsil alan oğlunu izləməsi iddiasına münasibətini aşıqlayarkən deyib.

Dekanın sözlərinə görə, ümumiyyətlə, belə bir fikir olmayıb və kimsə səs-küy yaratmaq üçün həmin məsələni qəsdən ictimailəşdirib: “Mən araşdırdım və məlum oldu ki, belə bir hadisə ümumiyyətlə yaşanmayıb. Ona görə də dedim ki, gedin özünüz bu məsələni daha dərindən araşdırın. Mən Xoşqədəm xanıma heç vaxt o sözü deməmişəm ki, gedin işinizlə məşğul olun”.

“Mən fikirlərimi hər hansı şəxsə ünvanlamamışam və ümumi demişəm”, bildirən Zeynal Həsənalıyevə görə, onun özü də məəttəl qalıb ki, qarşı tərəf belə fİkirləri niyə ortaya atır: “Uşaq gəldi bura və mən də soruşdum ki, ay bala, səni kim izləyir və s.? O da deyib ki, yox belə bir söhbət yoxdur. Sadəcə, jurnalistika fakültəsində bir tələbə olub, deyilənə görə o bu məsələni şişirdib. Onu da çağırdım və gəldi yanıma dedi ki, ay müəllim, Vallah mən belə bir şey etməmişəm, axı nəyimə gərəkdir ki...”.

“Əlbəttə ki, Xoşqədəm xanım bizim tanınmış və çox hörmət bəslədiyimiz jurnalistlərimizdəndir və mən ümumiyyətlə belə söz-söhbətlərin nəyinsə xatirinə ona aid edilməsini pisləyirəm”, deyən dekan əlavə edib ki, onun bütün verlişlərini davamlı şəkildə və maraqla izləyir, hətta onu ekspert kimi də verlişə dəvət ediblər: “Mən isə bildirdim ki, çox kövrəyəm və oradakı mövzulara həssas yanaşıram. Ona görə də verlişə qatıla bilmədim. Bir daha deyirəm, mənim Xoşqədəm xanıma çox böyük hörmətim var”.

Xatırladaq ki, şairə-qiraətçi Nazilə Səfərli yuxarıda qeyd edilən iddia irəli sürüb və onun həmin iddiası öz təsdiqini tapmayıb, eyni zamanda övladının təhsil aldığı BDU-nun dekanı daha əvvəl də bu iddianı rədd etmişdi.