Paşinyan Türkiyəni yenə də ermənilər üçün təhdid hesab edir

13 Dekabr 2019 13:04 (UTC+04:00)

Türkiyənin siyasəti Ermənistanın təhlükəsizliyini təhdid edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

Paşinyan Türkiyənin rədd etmə siyasətinin Ermənistan və erməni xalqı üçün təhdid olaraq qalmaqda olduğunu söyləyib.

“Soyqırımın tanınması Ermənistan üçün təhlükəsizlik komponenti ola bilər. Soyqırım deyil, inkar etmə siyasəti Ermənistanın təhlükəsizliyinə təhdiddir. Türkiyə bölgədə təcavüzkar siyasət yürüdür və Ermənistanın sərhədlərini bağlayır. Beynəlxalq ictimaiyyət öz mövqeyini bildirməli və Türkiyəni bölgədəki roluna yenidən baxmağa təşviq etməlidir", deyə erməni baş nazir bildirib.

Paşinyan həmçinin qorxu siyasətini bölgədəki bir sıra ölkələrin yürütdüyü siyasətlərlə müqayisə etməli olduqlarını da etiraf edib. Daha dəqiq desək, qorxuya düşən Paşinyan Türkiyəni yenə də ermənilər üçün təhdid hesab edir.