Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib

13 Dekabr 2019 11:54 (UTC+04:00)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Konsertmeyster ustalığı” və “Xüsusi pedaqoji hazırlıq” kafedralarının birgə layihəsi olan konsert keçirilib. SİA-nın məlumatına görə, layihənin rəhbərləri BMA-nın professoru Gülnarə Acalova və dosent Elnarə Məmmədovadır.

Tamaşaçılar tərəfindən maraqla dinlənilən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.