Avropa Liqasında həftənin oyunçuları açıqlanıb

13 Dekabr 2019 10:58 (UTC+04:00)

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. SİA-nın məlumatına görə, UEFA qrup mərhələsinin VI turunda fərqlənən 4 oyunçunun adını açıqlayıb.

Bunlar Yoris Qaqnon (“Renn”), Jota Dioqo (“Vulverhempton”), Qrunvud Mason (“Mançester Yunayted”) və Saka Bukayodur ("Arsenal").

Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.