Dəmir parçası maşının şüşəsindən içəri girdi FOTO

13 Dekabr 2019 10:50 (UTC+04:00)

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, evakuatorun üzərində olan dəmir parçası sürüşərək, arxadan gələn “Hyundai” markalı avtomobilin ön şüşəsindən girib.

Daha sonra dəmir parçası minik maşınının sükanını qırıb, sürücü hadisədən son anda xilas ola bilib.