Paşinyan Putini şantaj edir ŞOK FOTO

13 Dekabr 2019 10:12 (UTC+04:00)

Erməni jurnalistlər Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putini ifşa etməyə çalışdığını iddia ediblər. Xəbər verilir ki, 28 noyabrda Bişkekdə təşkil olunan KTMT-nin sammiti zamanı Paşinyanın təşkilata üzv olan dövlətlərin liderlərinin bir sənədin altındakı imzalarının fotosunu çəkərək sosial şəbəkədə paylaşması birmənalı qarşılanmayıb.

Ermənistan lideri bunu KTMT-ni populyarlaşdırmaq üçün etdiyini desə də, jurnalistlər daha sensasion fikir səsləndiriblər.

“Əslində, o, bütün dünyaya Vladimir Putinin sənədi imzalamadığını göstərdi. Putinin imzası, daha doğrusu, imzasının surəti sənəddə əvvəlcədən mövcud idi. Videoda isə Putinin sənədi imzalaması əks olunur. Çox güman ki, Paşinyan bu cür hallarla əvvəllər də qarşılaşıb və bu dəfə o, Rusiya rəhbərliyini ifşa etmək, baxın, bu Putin “əsl Putin” deyil, onun bənzəridir demək istəyib”, – deyə erməni jurnalistlərinin hazırladığı videoda qeyd olunur.