Damlanın hamiləlik xəbəri yalan imiş VİDEO

13 Dekabr 2019 10:23 (UTC+04:00)

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə Damlanın hamiləlik videosunu yayaraq, ana olduğunu yazmışdı. SİA-nın məlumatına görə, Damla Tolikin yaydığı görüntülərə elə "İnstagram"da cavab verib. Belə ki, yeni klip çəkdirdiyini yazaraq, ekran işindən görüntülər paylaşıb və bu sözləri yazıb: " "Yara" adlı mahnımı ekranlaşdırıram. Tolikin sosial şəbəkədə yayımladığı video klip çəkilişindəndir. Bu haqda ətraflı yaxın günlərdə açıqlama verəcəm".