Suraxanı rayonunda motosikletin maşına çırpılması zamanı bir nəfər xəsarət alıb

13 Dekabr 2019 04:49 (UTC+04:00)

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Abbasov Cavidan Cahid oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi minik avtomobili ilə toqquşub. Hadisə zamanı C.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.