Bakının Sabunçu rayonunda yeniyetmə bıçaqlanıb

13 Dekabr 2019 01:16 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

15 yaşlı Vahid Əhmədov dostlarıyla mübahisə edib. Bu zaman o, üz nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona üzün və burnunun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.