Türkiyə və İranda zəlzələ baş verib
16 Mart 2011 20:10 (UTC+04:00)
Türkiyə ilə İran sərhəddində 2 zəlzələ baş verib. SİA-nın xəbərinə görə, birinci halda 4,7 bal gücündə baş vermiş zəlzələnin episentri Türkiyənin Van şəhərindən 70 km şərqdə, ikinci halda isə 3,6 bal gücündə baş vermiş zəlzələnin episentri İranın Xoy şəhərindən 59 km qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.