Bu gün "Qarabağ"ın çıxış etdiyi futbol üzrə Avropa Liqasının A qrupundakı oyunlarına yekun vurulub.
SİA xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxıb.
Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyıb. Matç 1 :1 hesabı ilə başa çatıb.
Beləliklə, "Qarabağ" qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vurub. "Düdelanj" isə 4 xalla sonuncu olub.
A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və "Sevilya" Kiprdə qarşılaşıb. Matç Nikosiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
12 dekabr
UEFA Avropa Liqası
Qrup mərhələsi
6-cı tur
A qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1
Qollar: Buqren, 63 (1:0), Qeye, 90+1 (1:1)
Qırmızı vərəqə: Qara Qarayev, 46 - ikinci sarı vərəqə ("Qarabağ")
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu
21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 1:0
Qol: Saviç, 61
1. |
Sevilya |
6 |
5 |
0 |
1 |
14:3 |
15 |
2. |
APOEL |
6 |
3 |
1 |
2 |
10:8 |
10 |
3. |
Qarabağ |
6 |
1 |
2 |
3 |
8:11 |
5 |
4. |
Düdelanj |
6 |
1 |
1 |
4 |
8:18 |
4 |