Azərbaycan millisinin sabiq futbolçusu həbs olunub

13 Dekabr 2019 04:12 (UTC+04:00)

Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov həbs olunub.

SİA xəbər verir ki, bu barədə məlumatı Sportinfo.az saytı yayıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, ötən gün hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb. Veteran futbolçunun saxlanılması səbəbinə gəlincə, bunun C.Məhərrəmovun vaxtı ilə oyun alqı-satqısında iştirak etməsiylə bağlı olduğu bildirilir.