Gürcüstanın Baş prokuroru istefa verdib

12 Dekabr 2019 20:31 (UTC+04:00)

Gürcüstanın Baş prokuroru Şalva Tadumadze vəzifəsindən istefa verib. Buna səbəb onun parlamentin bugünkü iclasında Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqlənməsidir. Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından Gürcüstanın Baş prokuroru idi.