Rafael Dadaşovun səhhəti ilə bağlı son durum

12 Dekabr 2019 18:50 (UTC+04:00)

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Rafael Dadaşovun vəziyyəti normallaşıb. Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".

Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rafael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.