Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Monitorda ömrünün son nəfəsinə qədər xalqı üçün çalışan və hər kəsin xatirəsində əvəzsiz xidmətləri ilə əbədiləşən Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən videoçarx izlənilib.
Tədbirdə qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edib. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir.
Sonda, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən kitab sərgisinə baxış keçirilib.