Yunan-Roma güləşçilərimizin təlim-məşq toplanışı davam edir

12 Dekabr 2019 17:30 (UTC+04:00)

Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, millimiz “Stayki” Olimpiya İdman Kompleksində yerli komanda ilə birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək hazırlıq prosesində güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.