Mədəniyyət Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib FOTOLAR

12 Dekabr 2019 17:41 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi dekabrın 12-də Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, nazirliyin əməkdaşları Ümummilli Liderin məzarı önünə tər çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.