Çempionlar Liqasının rekordçuları müəyyənləşib

12 Dekabr 2019 15:20 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin oyunları başa çatıb. SİA-nın məlumatına görə, bu mövsüm qrup mərhələsində 308 qol vurulub ki, bu da ÇL-in rekord göstəricidir.

Buna qədər ən yaxşı nəticə 2 mövsüm öncə qeydə alınmışdı. Belə ki, 2017/18 mövsümündə turnirin qrup mərhələsində 306 qol vurulmuşdu.

Bu mövsüm qrup mərhələsində ən çox qol vuran komanda isə “Bavariya” olub – 24. Bu qolların 10-u isə komandanın polşalı hücumçusu Robert Levandovskinin payına düşüb.

Bununla yanaşı, qrup mərhələsində ən çox qol 76-90-cı dəqiqələr aralığında vurulub. – 62 qol. 61-75-ci dəqiqələr arasında isə komandalar 51 dəfə fərqlənib.